Əməkdaşımız İsveçrədə keçirilən təlimdə iştirak etdi.

12 fevral 2024

“SEM-AZ” olaraq əməkdaşlarımızın təcrübəsini artırmaq, sosiallaşdırmaq və netvorkinq dairələrini genişləndirmək üçün onları yerli və beynəlxalq layihələrdə iştiraka cəlb edirik. 
2024-cü il yanvarın 11-ində də İsveçrənin Nyon şəhərində keçirilən “Centrifuge Benchtop Service Training” layihəsində əməkdaşımız Emin Aliyev iştirak etmişdir. Treyninqlər çərçivəsində sentrifuqaların xidməti sahəsində qlobal bazarda nüfuz sahibi olan “Beckman Coulter Life Sciences”ə aid olan bütün sentrifuqaların servis və tətbiq təlimləri peşəkar mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Əlavə olaraq, brendə məxsus sentrifuqalar barədə mühüm məlumatlar əldə edilmiş, servisi, tətbiqi və quraşdırılması zamanı yarana biləcək mövcud çətinliklər barədə iştirakçılar xəbərdar edilmişdir.
Əməkdaşımız bu təlimlər zamanı xarici nümayəndələrlə müzakirələrdə iştirak etmiş, onlarla qarşılıqlı məlumat mübadiləsində olmuşdur. İtaliyadan, Böyük Britaniyadan, Fransadan qoşulan iştirakçılarla birlikdə əldə olunan təcrübələr əməkaşımız üçün sentrifuqaların tətbiqi sahəsində böyük rol oynamışdır. 

Sonda təlimləri uğurla keçdiyi üçün Emin bəy xüsusi sertifikatla təltif olunmuşdur.