SEM-AZ Komandası 2024-cü ili Türkiyədə Qarşıladı.

24 yanvar 2024

Böyük layihələr həyata keçirməklə geridə qoyduğumuz ili üzvlərimizlə birlikdə Türkiyədə sonlandırdıq. Bu gəzinti həm SEM-AZ komandası üçün motivasiya rolunu oynadı, həm də işçilərə əlavə enerji mənbəyi oldu. İzmirdə keçirilən vaxt komandamız üçün yeni yerləri kəşf etmək, fərqli mədəniyyətləri yaşamaq və komanda yoldaşları ilə vaxt keçirmək üçün bir fürsət yaratdı.

Səyahət zamanı Türkiyənin qədim memarlıq abidələri, o cümlədən, Mustafa Kamal Atatürkün ev muzeyi ziyarət olundu. Möhətəşəm zəngin tarixə malik muzey barəsində bələdçilər tərəfindən verilən məlumatlar dinlənildi. Tarixi keçmişə malik İzmir haqqında yeni və çox da bilinməyən məlumatları da komandanın öyrənmək imkanı oldu.

Sahilboyu ərazilərdə olan gəzinti turlarında edilən söhbətlər bu səfəri həm də “Egey xatirələri” kimi əbədiləşdirdi. Əlbəttə ki, xatirəni rəsmi əbədiləşdirmək üçün sonda komanda şəkli çəkdirməyi də unutmadıq.

Ümumilikdə 1 həftəni əhatə edən bu səyahətin SEM-AZ komandası üçün uğurlu və gələcək layihələr üçün əlavə stimul olacağına əminik.